Şənbə, 18.05.2024, 20:02

Qeydiyyat olun Гость  Saytimiz Yenidir! Tezliklə Burada Hər şey olacaq!  Bİzi İzləyin! Wap Saytimizida unutmayin "Namiq555.Wab.Ru" .

ГлавнаяQeydiyyat | Мой профиль | Выход
Меню сайта
Разделы новостей
Proqramlar [6652]
Istediyiniz proqramlar!
Форма входа
Календарь новостей
«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Поиск
Мини-чат
Друзья сайта
Saytını Burada görmək istəyən Adminə yazsın!

Wap Saytim:  
Namiq555.Wab.Ru

Yeni.Az
Наш опрос
Статистика

Onlayn: 1
Qonaq: 1
Istifadeci: 0
ƏLİ BAYRAMLI SAYTI

Dinin dirəyi: Namaz 

Namaz Meracın hədiyyəsidir. İnsanların Meracıdır namaz. Namaz Haqqa yüksəlmək, Kəbəyə yönəlməkdir. Namaz qəlbin “Allah! Allah!” deyə inləməsidir. 

   Namaz insan ruhunun Allaha (c.c.) “indekslənməsi,” bütün varlığı ilə Ona (c.c.) yönəlməsidir. Namaz Allahın öz qullarına günün müəyyən saatlarında təyin etdiyi görüş anıdır. Mömin bəndə namaz anında Allahın (c.c.) hüzurunda olduğunun fərqinə vararaq öz ruhunu o müqəddəs atmosferdə yuyur, təmizləyir, mənəvi paklığa can atır. Namaz həqiqi şükrün ifadəsidir. Məxluqların əşrəfi, ən üstünü olaraq yaradılan insana göstərilən ən münasib şükr yoludur namaz. İyirmi dörd saat kimi dəyərli xəzinəni bəxş edən Sonsuz Qüdrət Sahibinə həmin saatlardan birini həsr etməkdir namaz. Namaz Allahla (c.c.) dialoqdur, Onun (c.c.) göndərdiyi dillə yenə Onunla (c.c.) danışmaqdır. Namaz Onun (c.c.) qarşısında acizliyin, səmimiyyətin, əlacsızlığın, yalvarışın, diz çökmənin ifadəsidir. Namaz insanın Yaradanla münasibətini daima canlı saxlayan vasitədir. Namaz günahlara qarşı sipərdir. Allah (c.c.) ixlasla qılınan iki namaz arasında işlənən günahları bağışlayacağını vəd edir. Bu vədə ümiddir namaz. Namaz Haqqa güvənməkdir, Ona (c.c.) sığınmaqdır, Sonsuza doğru irəliləməkdir. 


Namaz Haqqa əsgər olmaqdır, itaətdir. Namaz qürurun sınması, alnın yerə sürtülməsidir. Yalnız və yalnız Allaha (c.c.) ibadətdir namaz, başqa səcdəgah tanımamaqdır. Namaz ruhun qidasıdır. “Ruhunu bu qida ilə doyurmayan mənən ölmüşdür” - deməkdir. Namazsızlıq ruhsuzluqdur. 

Namaz əbədiyyət yolçuluğunun yeganə biletidir. Namaz ucuz qiymətə alınan böyük mükafatdır. Qurumuş ruhların, tükənmiş ümidlərin, çürümüş könüllərin yenidən canlanması, şahlanması, nurlanmasıdır namaz. 
Namaz Meracın hədiyyəsidir. İnsanların Meracıdır namaz. Namaz Haqqa yüksəlmək, Kəbəyə yönəlməkdir. Namaz qəlbin “Allah! Allah!” deyə inləməsidir. 

Namaz dinin dirəyidir. “Namazsız insan dinini yıxmışdır” deməkdir, “namazsız insan dinin məsuliyyəti altında əzilmişdir” deməkdir. Namaz İslamın bütün şərtlərini ehtiva edən ibadətdir: həm kəlimeyi-şəhadətdir, həm namazın özüdür, həm orucdur, həm zəkatdır, həm də həccdir. Namaz qılan mömin hər oturuşda kəlimeyi-şəhadəti təkrarlayır: namazda bir şey yeməməklə oruc tutur; vaxtının, enerjisinin zəkatını verir; Kəbəyə yönəlməklə mənəvi olaraq həcc ziyarətini yerinə yetirir. Namaz İslamdır. 

Namaz günün proqramıdır, möminin saatıdır, vaxtın bərəkətlənməsidir. Namaz qəbir mələklərinin suallarına cavabdır. Cəhənnəmin atəşini söndürən bir damla göz yaşıdır namaz. Namaz ölümü öldürməkdir. Namaz imanın ən böyük şahididir. Ən vəfalı dostdur namaz. Namaz ruhun azadlığı, vicdanın rahatlığıdır. Namaz mömin üçün qanaddır. 

Namaz əbədi və rahat həyatdır!


2008 ili üçün Namaz vaxtı cədvəli

   Gün gün, ay ay hər bölgəyi də nəzərə alınraq hazırlanan namav vaxtlarını göstərən proqram.  
 Ölçüsü 280 Kb      YÜKLƏ



40 Sual - 40 Cavab
 
 
1. Allah bizi nə üçün yaradıb?

- Allah bizi yaradıb ki, yalnız Ona ibadət edək və heç bir şeyi Ona şərik qoşmayaq. “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat, 56) “Allahın bəndələri üzərində olan haqqı Ona ibadət edib heç bir şeyi Ona şərik qoşmamaqdır”.(əl-Buxari və Muslim)
2. Allaha necə ibadət etməliyik?

- Allaha ixlasla, onun və Peyğəmbərinin(s.ə.s) buyurduğu kimi ibadət etməliyik. “Halbuki Onlara əmr edilmişdi ki, Allaha ixlasla, dini yalnız Ona aid edərək, ibadət etsinlər”(əl-Beyyinə, 5) “Bizim işimizə (dinimizə) müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd olunur”. (Muslim)
3. Məgər Allaha qorxu və istəklə ibadət etməliyik?

- Bəli, biz Allaha qorxu və istəklə ibadət etməliyik. “Allaha həm qorxu, həm də istəklə dua (ibadət) edin” (yəni, Cəhənnəm əzabından qorxaraq və Cənnət nemətlərini istəyərək) (əl-əraf, 56) “Mən Allahdan Cənnət istəyirəm və atəşdən (Cəhənnəm əzabından) Ona pənah aparıram.(Əbu davud – “səhih”dir)
4. Ibadətdə ehsan nə deməkdir?

- Bu, Allahın bizi daim gördüyünü etiqad etmək deməkdir. “Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir” (ən-Nisa, 1) “O Allah ki səni namaza duranda da görür” (əş-Suara, 218) “Allaha elə ibadət et ki, sanki sən Onu görürsən, sən Onu görməsəndə O səni görür.(Muslim)
5. Allah nə üçün Peyğəmbərlər (a.s) göndərmişdir?

- Allah Peyğəmbərləri (a.s) ona görə göndərib ki, insanları Ona ibdadət etməyə və heç bir şeyi Ona şərik qoşmamaрa dəvət etsinlər. “Biz hər ümmətə: “Allaha ibadət edin, Taрutdan çəkinin!” – deyə Peyğəmbər göndərmişdik. (ən-Nəhl, 36) “Peyğəmbərlər başqa-başqa qadınlardan olan qardaşlardır! Anaları ayrı, dinləri isə vahiddir. (yəni, hər bir Peyğəmbər tövhidə (Tək Allahlıрa) dəvət etmişdir)”.(Muslim)
6. Üluhiyyə tövhidi nədir?

- Bu, dua, nəzir, qurban və s. ibadətləri yalnız Allah üçün etməkdir. “Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur...”(Muhəmməd, 19) “Qoy sənin onları dəvət edəcəyin ilk şey – Allahdan başqa heç bir ilahın olmamasına şəhadət gətirmək olsun!” (əl-Buxari və Muslim)
7. “Lə ilahə illəllah”ın mənası nədir?

- Mənasi: “Alahdan başqa həqiqi (ibadətə layiq olan) məbud yoxdur”. “Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir...”(Loрman, 30) “Lə ilahə illəllah deyən və Allahdan qeyri ibadət olunanları inkar edən hər kimsənin malı da, qanı da haramdır.(yəni, malını mənimsəmək və qanını axıtmaq)”.(Muslim)
8. ”Allahın sifətlərində tövhid” nə deməkdir?

- Allahın ad və sifətlərini Quranda və Peyğəmbərin (s.ə.s) hədislərində vəsf olunduрu kimi təsdiq etməkdir. Ona bənzər heç bir şey yoxdur. O (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir” (əş-Şura, 11) “Sizin uca Rəbbiniz hər gecə (Özünə layiq keyfiyyətdə) dünya səmasına nazil olur”. (Muslim)
9. Tövhidin müsəlmana olan səmərəsi nədir?

- Hər bir müsəlman tövhidi qəbul etməklə dünyada haqq yola yönəlir, axirətdə isə əmin-amanlıqda olur. “Iman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (əl-Ənam, 82) “Bəndələrin Allah üzərində olan haqqı Ona şərik qoşmayana əzab verməməsidir”. (əl-Buxari və Muslim)
10. Allah haradadır?

- Allah ərşin üzərindədir. “Rəhman ərşin üzərinə istiva etdi! (yəni, ucaldı və yüksəldi)”. (Taha, 5) “Allah bir yazı yazdı: “Həqiqətən, Mənim rəhmətim qəzəbimi qabaqladı”. Bu da Onun dərgahında, ərşin üzərində (olan lövhi-məhfuzda) yazılmışdır”.(əl-Buxari)
11. Allah zatı ilə bizimlədir yoxsa elmi bizimlədir?

- Şübhəsiz ki, Allahın elmi bizimlədir. O hər şeyi görür və eşidir. “(Allah) buyurdu: "Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm! (Taha, 46) “Doрrusu siz (hər şeyi) eşidəni, (sizə) yaxın olanı çaрırırsınız! O da sizinlədir.(yəni, sizi görür və eşidir)”. (əl-Buxari və Muslim)
12. Ən böyük şirkin zərəri nədir?

- Ən böyük şirk əbədi Cəhənnəmdə qalmaрa səbəb yaradır. “...Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir...(əl-Maidə, 72) “Allaha şərik qoşub ölən şəxs Cəhənnəmə daxil olar”. (Muslim)
13. Insan şirk edə-edə digər yaxşı əməlləri ona fayda verə bilərmi?

- Xeyr, şirk ola-ola yaxşı əməl öz sahibinə heç cür fayda verə bilməz. “Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı!” (əl-Ənam, 88) “Hər kimsə etdiyi əməldə qeyrisini Mənə şərik qoşarsa, Mən onu da, şərik qoşduğunu da tərk edərəm”. (Muslim)
14. Müsəlmanlar arasında şirk mövcuddurmu?

- Bəli, təəssüflər olsun ki, mövcuddur, özü də çox. “Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar” (Yusif, 106) “Ümmətimdən olan qəbilələr müşrikləri və bütpərəstləri haxlamayınca (onların əqidəsini qəbul etməyincə) qiyamət qopmaz”.(ət-Tirmizi – “səhih”dir)
15. Allahdan qeyrisinə dua etməyin hökmü nədir?

- Allahdan qeyrisinə edilən dua, sahibini Cəhənnəmə varid edən şirkdir. “Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya dua (ibadət) etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!” (əş-Suara, 213) “Allahdan qeyrisinə dua (ibadət) edib ölən şəxs Cəhənnəmə daxil olar”.(əl-Buxari)
16. Məgər dua uca Allah üçün edilən ibadətdir?

- Bəli, dua uca Allah üçün edilən ibadətdir. “Rəbbiniz buyurdu: “Mənə dua edin, mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlüklərinə sıрışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” (Рafir, yaxud əl-Mumin 60) “Dua ibadətdir”. (ət-Tirmizi – “səhih”dir)
17. Ölülər duanı eşidirlərmi?

- Xeyr, ölülər duanı eşitmirlər! “Şübhəsiz ki, sən nə ölülərə, nə də dönüb gedən karlara çaрırışı eşitdirə bilərsən!” (ən-Nəml, 80) “Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən” (Fatir, 22) “Həqiqətən, Allahın yer üzünü səyahət edən mələkləri vardır ki, onlar ümmətimin salamını mənə çatdırırlar”. (ən-Nəsai – “səhih”dir)
18. Ölüdən və ya qeybdə olandan kömək diləyə bilərikmi?

- Xeyr, nə ölüdən, nə də qeybdə olandan kömək diləmək olar! Əksinə, biz yalnız Allahdan kömək diləməliyik. “O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. O da sizə cavab verdi (duanızı qəbul etdi)”. (əl-ənfal, 9) “Peyğəmbərə (s.ə.s) bir narahatlıq və ya bir müsibət üz verdikdə deyərdi: “Ey əbədi, ey əzəli (olan Allah)! Sənin rəhmətinə Səndən kömək diləyirəm”. (əl-Hakim – “həsən”dir)

19. Allahdan qeyrisinə and içmək olarmı?

- Xeyr, Allahdan qeyrisinə and içmək olmaz. “De: “Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz”. (ət-Təрabun, 7) “Kim Allahdan qeyrisinə and içərsə artıq şirk etmiş olar”.(Əhməd “səhih”dir)

20. Həmayil (göz muncuрu və s.) və tilsimlər asmaq olarmı?

- Onları asmaq olmaz, çünki bunu etmək şirkdir. “Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!” (əl-Ənam, 17) “Kim (gözdəymədən və s. Qorunmaq üçün) tilsim asarsa artıq şirk etmiş olar”. (Əhməd – “səhih”dir)

21. Uca Allaha nə ilə təvəssül etməliyik?

- Allaha saleh əməllərlə, Onun ad və sifətləri ilə təvəssül etməliyik. “Ən gözəl adlar Allahındır! Onu bu adlarla çaрırıb dua edin” (əl-Əraf, 180) “Sənin Özünə verdiyin, Sənə məxsus hər bir adla Səndən istəyirəm!” (Əhməd – “səhid”dir)

22. Dua etdikdə yaradılanların vasitəçiliyinə ehtiyac olurmu?

- Xeyr, dua etdikdə yaradılanların vasitəçiliyinə ehtiyac olmur. “(Ya Muhəmməd!) Bəndələrim Məni səndən soruşsalar, Mən onlara yaxınam. Dua edib Məni çaрıranın duasını qəbul edərəm”. (əl-Bəqərə, 186) “Doрrusu siz (hər şeyi) eşidəni, yaxın olanı çaрırırsınız! O da sizinlədir”. (yəni, sizi görür və eşidir.) (əl-Buxari və Muslim)

23. Peyğəmbərin (s.ə.s) vasitəçiliyi nədir?

- Peyğəmbərin (s.ə.s) vasitəçiliyi Allahın ona nazil etdiyini təbliр etməkdir. “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliр et” (əl-Maidə, 67) Peyğəmbərin (s.ə.s) səhabələri: “Biz şəhadət gətiririk ki, artıq sən təbliр etdin, yerinə yetirdin və nəsihət etdin!” söylədikdə o demişdir: “Allahım şahid ol!” (Muslim)

24. Peyğəmbərin (s.ə.s) şəfaətini kimdən istəməliyik?

- Biz Peyğəmbərin (s.ə.s) şəfaətini yalnız Allahdan istəməliyik. “De ki: “Şəfaət bütünlüklə Allaha məxsusdur”. (əz-Zumər, 44) “Allahım, onu mənə şəfaətçi et!”. (yəni, Peyğəmbəri (s.ə.s)) (ət-Tirmizi – “həsən”dir)

25. Alahı və onun Rəsulunu (s.ə.s) necə sevməliyik?

- Məhəbbət itaət etməklə və buyuruqları yerinə yetirməklə həqiqi məhəbbət hesab olunur. “(Ya Muhəmməd) De ki: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı baрışlasın”. (Ali-Imran, 31) “Sizdən biriniz məni valideynindən, övladından və bütün insanlardan çox sevməyincə iman gətirmiş olmaz”. (Muslim)

26. Peyğəmbəri (s.ə.s) mədh etdikdə mübaliрə edə (həddi keçə) bilərikmi?

- Peyğəmbəri (s.e.s) mədh etdikdə mübaliрə etmək olmaz. “De ki: “Mən də sizin kimi bir insanam.Mənə vəhy olunur ki, sizin ilahınız tək olan Allahdır”. (əl-Kəhf, 110) “Nəsranilər Məryəm oрlunu (mədh edib) mübaliрə etdiyi kimi, siz də məni (mədh edib) mübaliрə etməyin! Mən ancaq bir qulam. Odur ki, deyin: “Allahın qulu və elçisidir!” (əl-Buxari)

27. Ilk yaradılan məxluq kimdir?

- Insanlardan Adəm (a.s), əşyalardan isə qələm ilk yaradılmış məxluqdur. “O zaman sənin Rəbbin mələklərə belə demişdir: “Mən palçıqdan bir insan (Adəmi) yaradacaрam!” (Sad, 71) “Həqiqətən, Allahın yaratdığı ilk məxluq qələmdir”. (Əbu Davud, ət-Tirmizi – “həsən”dir)

28. Muhəmməd (s.ə.s) nədən xəlq edilib?

- Allah Muhəmmədi (s.ə.s) nütfədən xəlq etmişdir. “Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan Odur!” (Рafir, yaxud Mumin 67) “Həqiqətən sizlərdən hər biri anasının bətnində xəlq olunarkən (hamiləliyin ilk) qırx günündə nütfə halında olur,...”.(əl-Buxari və Muslim)

29. Möminlər üçün dostluq nə deməkdir?

- Bu, tək Allaha ibadət edən möminləri sevmək, onlara köməklik göstərmək deməkdir. “Mömin kişilər və mömin qadınlar bir-birinə dostdurlar!” (ət-Tövbə, 71) Peyğəmbər (s.ə.s): “Həqiqətən, möminin möminə baрlılıрı, daşları bir-birinə keçmiş binaya bənzəyir!” – deyib barmaqlarını çarpazlaşdırdı.(Muslim)

30. Kafirləri sevmək, onlara kömək etmək olarmı?

- Xeyr! Kafirləri sevmək, onlara kömək etmək olmaz. “Sizdən kim onlarla (kafirlərlə) dostluq edərsə, o da onlardandır”. (əl-Maidə, 51) “Sübhəsiz ki, Əbu filankəsin ailəsi (kafir olduqlarına görə) mənim dostlarım deyillər”.(əl-Buxari və Muslim)

31. Kimdir həqiqi vəli (dost)?

- Həqiqi vəli yalnız Allahdan qorxan möminlərdir. “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və Allahdan qorxmuşlar”.(Yunus, 62,63) “Mənim dostum ancaq Allah və saleh möminlərdir”. (əl-Buxari və Muslim)

32. Allah Quranı nə üçün nazil edib?

- Allah Quranı nazil edib ki, onu oxuyub əməl edək. (Şübhəsiz ki, onu büküb harasa qoymaq, yaxud asmaq heç bir fayda verməz.) “Rəbbinizdən sizə nazil edilən Qurana tabe olun. Allahı qoyub başqa havadarlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!” (əl-Əraf, 3) “Quran oxuyun və ona əməl edin, onu atıb getməyin və onda mübaliрə etməyin, onu qazanc mənbəyinə çevirməyin və onu mənimsəməyin!” (Əhməd – “səhih”dir)

33. Hədislərsiz, yalnız Quranla kifayətlənə bilərikmi?

- Yalnız Quranla kifayətlənmək Allahın qoyduрu şəriətə, Peyğəmbərin (s.ə.s) və onun ardıcıllarının tutduрu yola ziddir. “Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara onlara nazil ediləni izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (ən-Nəhl, 44) “Doрrusu mənə Quranla birlikdə onun mislində olan (Sünnə) verildi!”.(Əhməd – “səhih”dir)

34. Hər hansı bir sözü Allahın və Onun Rəsulunun sözündən önə keçirə bilərikmi?

- Heç bir sözü onların sözündən üstün hesab etmək olmaz. “Ey iman gətirənlər! (Sözləriniz və hərəkətlərinizlə) Allahın və Peyğəmbərinin qabaрına keçməyin. Allahdan qorxun”.(əl-Hucurat, 1) “Allaha asi olaraq (kiməsə) itaət etmək olmaz! Yalnız (asilik olmayan) yaxşı işlərdə itaət etmək olar!”. (Əbu Davud – “səhih”dir)

35. Aramızda mübahisə düşsə nə etməliyik?

- Mübahisə düşəndə Qurani Kərimə və səhih sünnəyə dönmək vacibdir. “Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!” (ən-Sisa, 59) “Sizə iki şeyi tərk edirəm ki, onlardan yapışsanız heç vaxt zəlalətə düşməzsiniz! Bu, Allahın kitabı və Peyğəmbərin sünnəsidir”. (Malik – “səhih”dir)

36. Dində olan “bidət” nədir?

- Şəriətdə (Quran və Sünnədə) dəlili olmayan hər bir şey bidətdir. “Yoxsa müşriklərin Allahın dində izn vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır”.(əş-Şura, 21) “Bizim işimizə (dinimizə) ondan olmayan bir yenilik gətirənin gətirdiyi rədd edilir”.(Qəbul olunmur) (əl-Buxari və Muslim)

37. Dində gözəl “bidət” varmı?

- Xeyr! Dində gözəl “bidət” yoxdur. “Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün Islamı bəyənib seçdim”.(əl-Maidə, 3) “Sizə (dinə əlavə edilən) yeniliklərdən çəkinməyi əmr edirəm! Həqiqətən, hər bir yenilik bidətdir və hər bir bidət də zəlalətdir”. (Əbu Davud – “səhih”dir)

38. Islamda gözəl “sünnə” varmı?

- Bəli, islamda gözəl “sünnə” var. Xeyirxah işlərdə nümunə olmaq kimi. “Və o kəslər ki: “Ey Rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işıрı olacaq övladlar bəxş et və bizi müttəqilərə imam et!” (yəni, xeyirxah işlərdə nümunə et!) deyərlər”. (əl-Furqan, 74) “Kim islamda (unudulmuş) gözəl bir sünnəni bərpa edərsə, ona həm öz əməlinin, həm də ondan sonra həmin sünnəyə əməl edənin savabı qədər savab yazılar”. (Muslim)

39. Insan öz nəfsini islah etməklə kifayətlənə bilərmi?

- Insan həm öz nəfsini, həm də yaxınlarını islah etməlidir. “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacaрı insanlar və daşlardır”.(ət-Təhrim, 6) “Hər biriniz hamidir və hər biriniz də himayəsində olanlar barədə sorрu-sual ediləcəkdir. Rəhbər öz rəiyyəti barədə sorрu-sual ediləcək...” (ət-Tirmizi)

40. Müsəlmanlar nə zaman qələbə çalacaqlar?

- Müsəlmanlar yalnız Allahın kitabına və Peyğəmbərinin (s.ə.s) sünnəsinə əməl etdikdə qələbə çalacaqlar. “Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın və Peyğəmbərinin dininə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər”. (Muhəmməd, 7) “Qiyamətə qədər ümmətimdən qələbə çalan bir tayfa olacaq”. (Ibn Macə - “səhih”dir) Allah bizi eşidib faydalananlardan etsin Amin...



                                         Davamı olacaq. Bizi izləyin!
                                                  
Сайт управляется системой uCoz Copyright MyCorp © 2024